NLT Telecom

PARTNYOR HAQQINDA

 

NLT Telekom Məhdud Məsuliyyətli Cəmiyyəti, 1998 ildə Bakı şəhərində təsis edilmişdir. Şirkətin əsas fəaliyyəti mobil telefonların, aksesuarların, fotokameraların, rəqəmsal texnikanın, kompüter və kompüter aksesuarlarının satışı, mobil operator şəbəkəsinə qoşulma və müştərilərə məlumat xidməti göstərməkdir.

1998 ildən bu günədək NLT Telekom, Azərbaycanın ən iri mobil operatoru olan Azercell Telekomla əməkdaşlıq edir. 

Öz fəaliyyəti müddətində 2001 ildə NLT Telekom, Azercell Telekom tərəfindən Qızıl diler mükafatına layiq görülmüşdür. 2003 ildə şirkət Azercell Telekomun distribyutor kateqoriyasını almış və mobil operatorun ən yaxşı üçlüyünə daxil olub.

NLT Telekom mağazalar şəbəkəsinə öz fəaliyyəti dövründə Samsung, Nokia, LG, Sony, HP, Asus, Dell, Acer və s., şirkətlər tərəfindən dəfələrlə mükafatlandırılıb və rəsmi satış partnyorluq statusu verilib.

Ölkəmizdə yalniz lisenzilyalı program təminatlarının tövsiyəsi və tətbiqi nəticəsində bir sıra beynəlxalq standartlara layıq görülmüş və dərəcə sertifikatları ilə təltif edilmışdir:

- "Bitedefender Security Systems" - Retail Partner

- " DR.Web Security Systems" - Authorized Certified Reseller

- "Hewlett Packard (HP)" - Official Computer Systems Reseller

- "Hewlett Packard (HP)" - Imaging & Printing Value Specialist

- "Hewlett Packard (HP)" - Workstations Specialist

- "Hewlett Packard (HP)" - ServiceONE Expert

 

Hal-hazırda şirkət Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən 6 (altı) diler 3 (üç) Azercell Express və 2 "Müştəri Xidməti" ofisləri ilə təmsil olunur. 

Şirkət bununla kifayətlənməyib və xidmət sahəsini daha da genişləndirmək üçün çalışır.

Əlaqə : (012) 598-22-33; (012) 598-22-44; (050) 266-07-07 

Facebook səhifəsi: www.facebook.com/nlttelecom

Rəsmi saytı: www.nlt.az


NLT Telecom

Bizimlə əlaqə saxlamaq istəyirsinizsə e-mail adresimizə yaza bilərsiniz

MAİL GÖNDƏR
processing...